Rusiyadan Bakıya gələn iki nəfər təyyarədə

Rusiyadan Azərbaycana gələn iki həmyerlimiz təyyarədə vəfat edib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisələr eyni gündə baş versə də, fərqli reyslərdə qeydə alınıb.

Belə ki, dekabrın 23-ü axşam saat 10 radələrində Kazandan Bakıya gələn Rusiya vətəndaşı, 1963-cü il təvəllüdlü Faxrət Şıxıyev təyyarədə qəfildən ölüb.

İkinci hadisə isə həmin gün günorta saatlarında Moskva-Bakı reysində baş verib. Rusiya vətəndaşı, 1958-ci il təvəllüdlü Maqomed Kazımov da təyyarədə vəfat edib.

Hər iki şəxsin onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR