Şagird məktəbə gətirdiyi silahla İNTİHAR ETDİ

Türkiyədə Diyarbəkir şəhərinin Bismil rayonunda 16 yaşlı şagird məktəbə gətirdiyi silahla intihar edib.

Metbuat.az İHA-ya istinadən xəbər verir ki, hadisə Bismil Fatih Anadolu Liseyində baş verib.

11-ci sinif şagirdi dərs vaxtı müəlliminə tualetə gedəcəyini deyərək sinifdən çıxıb. Beş dəqiqə sonra o, koridorda, sinfin qapısı önündə çantasında gəzdirdiyi silahı başına tutaraq özünü öldürüb.

Məlumata görə, gənc rəfiqələrinə özünü öldürəcəyini desə də, dostları bunu ciddi qəbul etməyiblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR