İranda zəncirvari qəza:

İranın cənub-qərbindəki Xuzistan əyalətində zəncirvari qəza baş verib.

Metbuat.az xəbər verir ki, qəza səhər saatlarında əyalətin mərkəzi şəhəri Əhvaz ilə Hürrəmşəhir rayonu arasındakı yolda olub.

Bildirilib ki, yük maşını və avtobusun da toqquşduğu qəza nəticəsində 10 nəfər ölüb, beş nəfər xəsarət alıb.

Yaralıların ətraf xəstəxanalara aparıldığı, qəzanın səbəbləri ilə bağlı araşdırmaların davam etdiyi açıqlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR