Azərbaycandakı QHT nümayəndələri Cəbrayıldadır

Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələrinin erməni işğalından azad olunan Cəbrayıla səfəri başlayıb.

Metbuat.az xəbər verir ki, 150-dən artıq qeyri-hökumət təşkilatının nümayəndələrinin səfər zamanı Xudafərin körpüsü və Cəbrayıl şəhərində "Dostluq" bulağı ilə tanış olması nəzərdə tutulur.

QHT nümayəndələrini Prezident Administrasiyasının məsul əməkdaşı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin icraçı direktoru Aygün Əliyeva müşayiət edirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR