"Görünməz təyyarə" radara düşdü -

ABŞ-ın “görünməz təyyarə” adlandırdığı Hərbi Hava Qüvvələrinə aid B-2 bombardmançı təyyarəsi (Northrop Grumman B-2 Spirit) “Google Earth” proqramına yaxalanıb.

Metbuat.az "İndependent"ə istinadən xəbər verir ki, ABŞ döyüş təyyarəsinin “Google Earth” tərəfindən görüntüsünün çəkilməsi sosial şəbəkə izləyiciləri tərəfindən lağa qoyulub.

Radarlara düşmədiyi üçün “görünməz təyyarə” kimi tanınan B-2 bombardmançı təyyarəsi Missuri ştatında bir ferma üzərində uçarkən “Google Earth” tətbiqinin peyk görüntüsünə düşüb.

Sosial şəbəkələrdə ABŞ bombardmançısını fermalara tarlalara dərman səpən təyyarələrə bənzədiblər və bunun olduqca gülməli olduğunu yazıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR