Nobel Sülh Mükafatı laureatı öldü

Cənubi Afrika arxiyepiskopu, Nobel Sülh Mükafatı laureatı Desmond Tutu vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Afrika Respublikası rəsmi məlumat yayıb.

Bildirilib ki, Anqlikan arxiyepiskopu, Desmond Tutu 90 yaşında vəfat edib.

Qeyd edək ki, D.Tutu Cənubi Afrikada aparteidə qarşı mübarizə aparanlardan biri olub və buna görə 1984-cü ildə Nobel mükafatına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR