Yunanıstanın keçmiş prezidenti vəfat etdi

Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bazar günü 92 yaşında vəfat edib.

Metbbuat.az xəbər verir ki, bu barədə Afina Makedoniya İnformasiya Agentliyi məlumat yayıb.

Papulyas tanınmış yunan siyasətçisi, 2005-2015-ci illərdə ölkə prezidenti, Panhellenik Sosialist Hərəkatının (PASOK) partiyasının nümayəndəsi, xarici işlər naziri (1985-1989 və 1993-1996) olub.

Qeyd edək ki, o, 1929-cu il iyunun 4-də Yunanıstanın şimal-qərbindəki Yannina şəhərində anadan olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR