İllərdir axtarılan quyu tapıldı: Məşhur şəxs orada öldürülüb -

Türkiyənin Diyarbəkir vilayətində tapılan tarixi quyu böyük marağa səbəb olub.

Metbuat.az xəbər verir ki, Diclə universitetinin elm adamı Oktay Bozanın sözlərinə görə, bu quyunun tarixi Xarəzmşahlar İmperiyası dövrünə qədər gedib çıxır. Məlumata görə, Xarəzmşahlar İmperiyasının son hökmdarı Cəlaləddin Xarəzmşah öldürülərək həmin quyuya atılıb. Ərazinin tapılmasında tarixi əsərlərdəki qeydlərin də rolu olub. Bundan əvvəl Cəlaləddin Xarəzmşahın məzarı aşkar edilmişdi.

Qeyd edək ki, hökmdarın cəsədi Silvan əmiri Məlik Şahabəttin tərəfindən gətirilərək dəfn edilib. Tarixi qeydlərə görə, Cəlaləddin Diyarbəkirin Silvan rayonu istiqamətində gedərkən, Moğol imperiyasının döyüşçüləri tərəfindən təqib edilib. Hücum zamanı Cəlaləddin Xarəzmşahın dəstəsi dağılır. Lakin Cəlaləddin Xarəzmşah onu təqib edən Moğol döyüşçülərini zərərsizləşdirərək dağa qaçıb. Dağda isə quldur tərəfindən öldürülərək quyuya atılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR