"Azərbaycan klublarına yalnız böyük məbləğdə maaşa keçərəm"

"Azərbaycan klublarına yalnız böyük məbləğdə maaşa keçərəm"
11:22 30 May 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

"Avropa klublarından təkliflər almışam. Güclü komandaların təklif etdiyi şərtlər də yaxşıdır". Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın "Volın" klubunun futbolçusu Erik Bikfalvi deyib.
 
Rumıniya millisinin 27 yaşlı yarımmüdafiəçisi Ukrayna karyerasını başa vurmaq niyyətindədir. Əksər legionerlər kimi bu ölkədən getməyə hazırlaşan Bikfalvi Azərbaycan variantı haqda da danışıb:

"Agentimə lazım olan sözləri demişəm. Azərbaycan, Qazaxıstan və BƏƏ klublarına yalnız böyük məbləğdə maaşa keçərəm. Əks halda isə bu ölkələrin çempionatı mənə maraqlı deyil. Ən azı, ona görə ki, ora getsəm, milli komandadan uzaq düşəcəm".
 
Qeyd edək ki, Erik 2012-ci ildən "Volın"da çıxış edir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/347318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR