Bakıda tələbə dəm qazından boğulub öldü -

Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev dəm qazından zəhərlənərək vəfat edib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Universitetinin tələbəsi Elimxan Əliyev magistraturaya qəbul imtahanında 93 bal toplayaraq respublika üzrə ən yüksək nəticə göstərənlərdən biri olub.

Eyni zamanda o, 2016-cı ildə ali məktəblərə qəbul imtahanında da yüksək nəticə əldə edərək 636 balla Azərbaycan Universitetinin tədrisi ingilis dilində aparılan maliyyə ixtisasına qəbul olub. Elimxan Əliyev 2017/2018-ci tədris ilinin yaz semestrini “Erasmus+” mübadilə proqramı çərçivəsində Almaniyanın tərəfdaş Koblenz Universitetində oxuyub.

Şəkilin açıqlaması yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR