İstanbul bələdiyyəsində yoxlamalar başladı: Terror qruplaşması ilə əlaqələri var

Türkiyənin Daxili İşlər Nazirliyi İstanbul Böyükşəhər bələdiyyəsində terror təşkilatları ilə əlaqəli şəxslərin olması şübhəsi ilə bağlı yoxlamalara başlayıb.

Metbuat.az xəbər verir ki, nazirlik bu barədə müraciətlərin daxil olmasından sonra araşdırmalara başlamağa qərar verib. Bildirilir ki, İstanbul Böyükşəhər bələdiyyəsində işə götürülən şəxslər arasında PKK/KCK, DHKP-C, MLKP, MKP, FETÖ və digər terror təşkilatları ilə əlaqəsi olanlar var.

Nazirliyin açıqlamasına İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu sərt münasibət bildirib. Məsələ barədə mətbuat konfransı keçirəcəyini açıqlayan İmamoğlu, bələdiyyədə işləyənlərin hüquqlarını müdafiə edəcəyini ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR