Mühüm açıqlama: Razılıq əldə olundu

“İran, “4+1” ölkələri və ABŞ arasında nüvə danışıqlarına dair ümumi razılıq əldə edib”.

Metbuat.az xəbər verir ki, bu barədə danışıqlarda iştirak edən iranlı rəsmi İRNA agentliyinə açıqlamasında deyib. Nümayəndə ümumi konsensusun əldə olunduğunu və detalların müzakirə ediləcəyini ifadə edib. Rəsmi əlavə edib ki, İran özü üçün müəyyən etdiyi “qırmızı xətt”dən geri addım atmayacaq.Qeyd edək ki, nüvə danışıqlarının 8-ci mərhələsi Vyanada keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR