Qondarma respublika olmadıqdan sonra Araik

Xəbər verdiyimiz kimi, ötən həftə Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez gizli şəkildə Qarabağa səfər edib.

Həmin səfər çərçivəsində Pekrez yerli siyasətçilərlə də tanış olmuşdu. Onun bu qanunsuz səfərinə münasibət bildirən politoloq Elman Vəliyev Metbuat.az-a açıqlamasında bildirdi ki, Fransada erməni lobbisinin idarəçiliyə güclü təsirə malik olduğunu, əhali arasında bu etnik qrupun çoxluq təşkil etdiyini nəzərə alsaq Valerinin niyə belə etdiyi aydın görünür. Elman Vəliyev deyir ki, namizədlərin seçki strategiya və taktikaları olur. Çoxluq təşkil edən qruplar arasında manipulyasiya ən alternativ üsullardandır.


“Namizədin imici üçün özünü "canıyanan" kimi aparması mühüm rol oynayır. Biz bunun analoqunu Amerika prezident seçkilərində də gördük. Sabit prezident Co Bayden erməni etnik qrupu üçün strategiya qurmuş, şüurlara işləyən vədlər vermişdi. Hesab edirəm ki, bu məsələdə Azərbaycan tərəfi Fransa tərəfinə bir mesaj verməlidir. Həmçinin təkcə Fransa deyil, Fransa tipindən olan digər dövlətlərlərə də açıq şəkildə bəyan edilməlidir ki, Qarabağa səfər etmək üçün ilk öncə Azərbaycan hüquqları çərçivəsində hərəkət etmək lazımdır. Bu hüquqları gözardı edən hər kəs beynəlxalq hüququn müddəalarına zidd hərəkət etmiş olar və haqlı tərəf olaq Azərbaycan da layiqincə adekvat cavablar verə bilər.

Politoloq onu da qeyd etdi ki, Soçi görüşü, Brüssel sammiti Azərbaycanla Ermənistan arasındakı problemlərin çox hissəsini həll etdi. Artıq baş nazir Nikol Paşinyan "Arsaxın" statusunun mümkün ehtimalının olmadığını bildirmək istəyir.

“İki tərəfli razılaşmaya əsasən Qarabağda azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərlər. Hesab edirəm ki, Paşinyan bu faktoru kütləyə yavaş-yavaş yeritmək istəyir. Araikin də buna etiraz etməsi normaldır. Bilir ki, rəsmi İrəvan belə dedikdən sonra "qondarma respublika" suya düşmüş olacaq. Qondarma respublika olmadıqdan sonra Araik heç bir işə yaramayacaq”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR