Azərbaycandan FIFA-dakı qalmaqallara rəsmi reaksiya

Azərbaycandan FIFA-dakı qalmaqallara   rəsmi reaksiya
11:27 30 May 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

FIFA-dakı rüşvət qalmaqalına Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov münasibət bildirib.

PA rəsmisi bu barədə mövqeyini "Twitter" səhifəsində qeyd edib: “Çox maraqlıdı, siyasət aləmində işlədilən priyomlar artıq idman sahəsində də asanlıqla tətbiq olunur”.

N.Məmmədov Yozef Blatterin yenidən FЖFA prezidenti seçilməsini də şərh edib? “Gizli səsvermə olduğu üçün görünür, səslər yalnız Blatterin xeyrinə yox, ABŞ və Avropaya etiraz səsləri idi”.

Qeyd edək ki, son günlər FIFA-da korrupsiya qalmaqalı ilə bağlı kütləvi həbslər həyata keçirilib. Belə ki, FIFA rəhbərliyinin 2018-ci və 2020-ci il il dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Qətər dövlətinə verərkən külli miqdarda rüşvət aldığı haqda ciddi ittihamlar səsləndirilir. 

İddialara görə, ilk dəfə ABŞ-da keçiriləcək Amerika Kuboku-2016-ya hazırlıq dövründə rüşvətin məbləği təxminən 110 milyon dollar təşkil edib. Bildirilib ki, son 19 ildə korrupsiya FIFA-ya 10 milyard dollar ziyan vurub.

Xatırladaq ki, Yozef Blatter ötən gün keçirilən səsvermədə beşinci dəfə FIFA-nın prezidenti seçilib.//Azvision.az

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azrbaycandan-fifa-dak-qalmaqallara-t41119.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR