Məktəb ləvazimatları mağazasında pirotexniki vasitələr satan şəxs saxlanılıb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı insanların dincliyin pozan partlayıcı, tezalışan maddələrin satışını həyata keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, “Bazar” adlanan ərazidə məktəb ləvazimatları mağazasında pirotexniki vasitələrin gizli şəkildə satılması barədə polisə məlumat daxil olub.

Obyektə keçirilən baxış zamanı oradan külli miqdarda pirotexniki vasitələr aşkarlanaraq götürülüb.

Mağazanı işlədən Aqşin Əsədov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi (İstehsalı və ya satılması qadağan olunan malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR