MTRŞ 5 şirkətə lisenziya verib

27 dekabr 2021-ci il tarixdə Milli Televiziya və Radio Şurasının onlayn formatda iclası keçirilib.

Şuradan Metbuat.az-a verilən xəbərə görə, iclasda kabel şəbəkə yayımçısı lisenziyasının alınması üçün müraciətlərə baxılıb.

Şuranın müvafiq qərarları ilə "Beeonline" ASC-yə və "StarTelekom" MMC-yə abonent sayı 5000-dən çox olan kabel şəbəkə yayımçısı (yayım üsulu kabel və internet olmaqla) üçün müddətsiz lisenziya, "ArtKom.Net" MMC-yə, "Real Telecom" MMC-yə və "Fast Net Technology" MMC-yə isə abonent sayı 5000-dək olan kabel şəbəkə yayımçısı (yayım üsulu internet olmaqla) üçün müddətsiz lisenziya verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR