Dəhşətli anlar: uşağın qatilini məhəllədə öldürdülər - VİDEO - FOTO +18

Dəhşətli anlar: uşağın qatilini məhəllədə öldürdülər - VİDEO - FOTO +18
10:27 30 May 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda yüz milyonlarla insanın sitayiş etdiyi Kali tanrıçasına tapınan insanlardan biri qətlə yetirilib.
Ölüm tanrısına sitayiş edən adam 5 yaşlı oğlanı öldürmüş, Kaliyə "qurban" kəsmişdi.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, ölüm tanrısı Kaliyə insanların qurban kəsilməsi mərasimi olan "Şurdhu Puca" minillərdən bəri Hindistan yarımadasında yayılmış mərasimdir.

30 yaşlı Nanu Mirdha da 5 yaşlı Sajan Baqı kəndin kənarındakı məbədə aparmış, orada Kali tanrısının heykəlinin qarşısında uşağı yerə yıxaraq onun başını bədənindən ayırmışdı.
Dəhşətli olay Assam ştatındakı Ranqapara şəhərinin yaxınlığındakı kəndlərdən birində yaşanıb.
Başı bədənindən ayrılmış Sajanın cəsədi Kali məbədində tapılanda polis qatilin axtarışlarına başlayıb.
Lakin kənd sakinləri Nanunu tutmuşdular.
Onu döyərək öldürüblər.
Nanu qətlə yetiriləndən sonra kənd sakinləri onun evini yandırıblar.

Ranqaparın polis rəisi Sanjukta Parasarın dediyinə görə, Nanu Mirdhanın qətlə yetirdiyi 5 yaşlı oğlanın atası ilə düşmənçiliyi olub.

"Bu səbəbdən də Nanu 5 yaşlı Sajanı öldürərək düşmənindən qisas almaq istəyib", - Parasar söyləyib.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото



Xəbərin orijinal ünvanı: http://news.milli.az/photos/347292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR