Dünya bazarında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.
Metbuat.az xəbər verir ki, bu saata olan göstəricilərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 2,02%% artaraq 4,14 ABŞ dolları təşkil edib.