İsrail dəniz limanını bombaladı

İsrail qırıcıları Suriyanın Əl-Laziqiyyə dəniz limanına hava zərbələri endirib.

Metbuat.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi agentliyi məlumat yayıb. Məlumata görə, hücumdan sonra limanda şiddətli partlayışlar baş verib. Hadisə ilə bağlı İsrail tərəfi rəsmi açıqlama verməyib. İsrail mənbələri oktyabr ayında Rusiya prezidenti Vladimir Putinlə Baş nazir Naftali Bennet arasında baş tutan görüşdən sonra Təl-Əvivin İran ordusunun Suriyadakı mövqelərinə intensiv hücumlar təşkil etidiyinə diqqət çəkib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR