İTV-nin Yayım Şurasının tərkibi dəyişəcək -

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibi dəyişəcək.

Metbuat.az xəbər verir ki, “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında” qərar layihəsi parlamentin 30 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, aşağıdakı şəxslərin namizədliyi 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmək üçün təklif edilib:

Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər

- Zeynalov Vüqar Eldar oğlu
- Abdullayeva İlhamə Xanlar qızı

Namizədliyi Gənclər Təşkilatı tərəfindən irəli sürülmüş

- Əliyev Azər Ruslan oğlu
- Axundova Ülviyyə Süleyman qızı

Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş

- Yusifova Sevil Şərif qızı
- Mansurova Zərəngiz Dəmirçi qızı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR