Magistral kəmərdə qəza oldu, su kəsildi

Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

Metbuat.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Bildirilib ki, rayonun Naxçıvani küçəsində ("Nazlı Saray" şadlıq sarayının yaxınlığı) magistral su kəmərində qəza baş verib.

Hazırda Bakı Sukanal İdarəsinin əməkdaşları qəzanı aradan qaldırır. İşlər 2-3 saat ərzində yekunlaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR