“Barselona” yeni transferini açıqladı

İspaniyanın “Barselona” klubu İngiltərənin “Mançester Siti” klubundan Ferran Torresi transfer edib.

Metbuat.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir. Həmin vaxtdan öncə ispaniyalı futbolçunu transfer etmək istəyən klub “Barselona”ya 1 milyard avro təzminat ödəməlidir.

Xatırladaq ki, Ferran Torres 2020-ci ilin avqustundan “Mançester Siti”də çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR