Bu gün bütün dünyada “Beynəlxalq allergiya günü” kimi qeyd olunur

11:32 30 May 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 May 2015 11:30 ]


Bakı. Könül Kamilqızı - APA. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə hər il dünyada 30 may Ümumdünya “Beynəlxalq allergiya günü” kimi qeyd olunur.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, beynəlxalq allerqoloqlar, immunoloqlar və immunoreabitoloqlar assosiasiyasının Azərbaycan bölməsi də bu günü hər il elmi-praktik konfrans şəklində qeyd edir. Ölkədə son 25 ildə Azərbaycanda allerqoloji xidmət xeyli inkişaf edərək, müvəffəqiyyətlər əldə olunub. Hazırda ATU-da fəaliyyət göstərən “Allerqologiya və klinik immunologiya” kursunda müalicə və pediatriya fakültəsi tələbələrinə fənnin ən müasir problemləri tədris olunur.

 

Son 20 ildə hər 4 ildən bir Azərbaycan allerqoloqlarının Beynəlxalq konqresi keçirilir. Azərbaycan allerqoloqlarının bir qismi “Avropa allerqoloqlar və immunoloqlar”, “Avropa respiratorlar”, və “Amerika torakal cəmiyyətlərinin,” üzvləridir. Hər il bu cəmiyyətlərin Avropa ölkələrində, ABŞ-da keçirilən Beynəlxalq konqreslərində Azərbaycandan onlarla professor və həkimlər iştirak edirlər. Avropa Respiratorlar cəmiyyətinin növbəti konqresi 2015-ci il sentyabrda keçiriləcək və tədbirə bir sıra tanınmış allerqoloqlar iştirak üçün hazırlaşır.

 

Bu sahə üzrə əhaliyə yüksək səviyyədə lazımı tibbi xidmət göstərilir. Belə ki, 5 saylı klinik xəstəxana böyüklər üçün, 6 saylı klinik xəstəxana isə uşaqlar üçün allerqoloji mərkəz statusunda fəaliyyəti ilə Respublika səhiyyə ocaqlarına metodik-konsultativ xidmət göstərir. Klinikalarda allerqoloji kabinetlər və stasionar şöbələri mövcuddur. Eyni zamanda ATU-nun Tədris Terapevtik klinikasında allerqoloji-pulmonoloji şöbələr təşkil olunub və yüksək ixtisaslı həkimlər tərəfindən əhaliyə xidmət göstərirlər. Hazırda ölkədə rezidentura yolu ilə allerqoloq-həkimlər hazırlanır və onlar Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrin mütəxəssisləri ilə sıx şəkildə çalışırlar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/385441

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR