Hyu Cekman koronavirusa yoluxdu

Məşhur avstraliyalı aktyor Hyu Cekman koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə o "Twitter" səhifəsində yerləşdirdiyi videoda bildirib.

“Bu səhər koronavirus testi verdim və müsbət çıxdı. "Məndə soyuqdəyməyə bənzər simptomlar var. Boğazım ağrıyır və bir qədər də burun axması var".

Onunla hər şeyin normal olduğunu deyən aktyor tezliklə sağalıb işə qayıtmaq üçün hər şeyi edəcəyinə söz verib. Qeyd edək ki, Cekman “X-Men” filmində çəkilmək üçün təklif alıb.

Filmin son bölümündə Hyu Cekmanın canlandırdığı Loqanın ölümü bütün "Marvel" izləyicilərini kədərləndirmişdi. Aktyor öncəki açıqlamalarında isə "X-Men"ə geri dönə biləcəyini vurğulamışdı.

Bu günlərdə "Bosslogic" tərəfindən hazırlanan çizimi və ardından "X-Men" filminin prodüseri Kevin Feige ilə birlikdə olan fotosunu yayımlayaraq bu ehtimalların reallaşa biləcəyini deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR