GÖZLƏNİLMƏZ ZƏNGİNLİK:

ABŞ-ın Merilend ştatında qadın istəmədiyi lotereya biletini alıb, lakin bu ona 50 min dollar qazandırıb.

Metbuat.az xəbər verir ki, bu barədə UPI məlumat yayıb. Belə ki, qadın müsahibə zamanı bildirib ki, o heç həmin bileti almaq istəməyib. Amma yalnışlıqla aldığı bileti evdə yoxlayan zaman məlum olub ki, 50 min dollar udub.

“Əvvəlcə qalib gəldiyimə inanmadım və yenidən yoxladım” deyən qadın pulu evini təmir etdirəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR