Putindən bənzəri görünməmiş həmlə: Aralıq dənizini "bağlayır"

Bu il ilk dəfə nüvə raketi daşıya bilən uzun mənzilli qırıcı təyyarələrini Suriyaya göndərən Rusiya, yeni həmləyə hazırlaşır.

Metbuat.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya səsdən sürətli “Zircon” raketləri ilə təchiz olunmuş hərbi gəmilərini Suriyanın Tartus dəniz limanına göndərməyə hazırlaşır. Rusiya mətbuatı bunu “Moskvanın Aralıq dənizində bənzəri görünməmiş həmləsi” kimi qələmə verir. “Putin Aralıq dənizini bağlayacaq” şərhininin verildiyi xəbərdə, bu həmlənin gözlənilməz olduğu vurğulanıb. Məsələ barədə Rusiyanın Müdafiə Nazirliyi hələlik açıqlama verməyib. Lakin, Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov “Zircon” raketləri ilə təchiz olunmuş hərbi gəmilərin Tartus dəniz limanına göndəriləcəyini istisna etməyib. O bildirib:

“Aralıq dənizində bazamız var. Xmeymim bazası oradadır. Tartus limanında raket sistemlərimiz var. Həmçinin Aralıq dənizini bloka sala biləcək Zirkon səsdən sürətli raketlərlə təchiz edilmiş gəmiləri də oraya göndərə bilərik. Bu qabaqlayıcı həmlələr müharibə olacaq anlamına gəlməməlidir. Belə həmlələr düşmənə birbaşa təhdid yaradır. Nəticədə onlar sonrakı həmlələrindən geri addım atacaq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR