Şiddətli zəlzələ baş verdi: Türkiyədə də hiss edildi

Yunanıstanın Krit adası sahillərində rixter cədvəli üzrə 5,9 bal gücündə zəlzələ olub.

Metbuat.az xəbər verir ki, yeraltı təkanların episentri İraklion ada şəhərindən 89 km məsafədə, yerin 15 kilometr dərinliyində yerləşib. Bəzi mənbələr yeraltı təkanlarının gücünün 5,5 bəzi mənbələr isə 6,1 bal olduğunu qeyd edib.

Zəlzələ Türkiyənin bir sıra vilayətlərində xüsusilə Muğlada da hiss edilib. Fəsadlar barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR