Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin rektoru “Paralimpiya Medalı” ilə təltif olunub

Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin rektoru “Paralimpiya Medalı” ilə təltif olunub
11:33 30 May 2015
135 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin (MDHİU) rektoru, həmyerlimiz Vaqif Bayramov Azərbaycanda Paralimpiya Hərəkatına göstərdiyi xüsusi xidmətlərinə görə “Paralimpiya Medalı” ilə təltif olunub.
Bu barədə AZƏRTAC-a “Əlil İdmançılara Dəstək” İctimai Birliyindən məlumat veriblər.
“Paralimpiya Medalı”nı Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun adından komitənin şöbə müdiri, “Əlil İdmançılara Dəstək” İctimai Birliyinin sədri Kamal Məmmədov təqdim edib.
Rektor V.Bayramov yüksək mükafata görə Milli Paralimpiya Komitəsinin rəhbərinə öz təşəkkürünü bildirib və gələcək əməkdaşlıq üçün daim hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, MDHİU MDB məkanında yeganə universitetdir ki, burada əlilliyi olan insanlar təhsil alır və onların rahat hərəkət edə bilmələri üçün bütün şərait yaradılıb.
Hazırda həmin universitetdə Azərbaycan Milli Paralimpiya Komitəsinin üç idmançısı təhsil alır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskva_Dovlet_Humanitar_Iqtisadiyyat_Universitetinin_rektoru_Paralimpiya_Medali_ile_teltif_olunub-859336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR