Bu il Bakıda 5 minə yaxın yol nişanı quraşdırılıb

Bakı Nəqliyyat Agentliyi (BNA) bu il paytaxtın küçə və prospektlərində çatışmayan 4 924 yol nişanı quraşdırı, nəqliyyatın hərəkətində sıxlığın olduğu 21 kəsişmədə "sarı kəsimə toru" nişanlanması çəkib.

Metbuat.az bu barədə Agentliyə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, il ərzində Bakıda 26 küçə və prospektdə pandus inşa olunub, 249 küçə və prospektdə eynisəviyyəli piyada zolağı yenilənib, 40 piyada keçidində “sarı döyünən işıq” tətbiq edilib, 23 məktəb ətrafında isə hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Piyadaların səki boyunca rahat və təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ümumi hərəkət təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən tumbaların quraşdırılması isə 28 küçə və prospektdə təmin edilib. 17 küçə və prospektdə isə dəmir məhəccər quraşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR