Tətildən qayıdan qadın evdə çamadanı açanda heyrətə gəldi: Bahalı hədiyyələr, şəxsi əşyalar...

Avropa tətilindən qayıdan Qina Şeldon adlı şəxs evdə çamadanı açanda heyrətə gəlib.

Metbuat.az xəbər verir ki, Qina Avropa turnesi zamanı 3 min dollarlıq hədiyyələr alıb. O, təyyarəyə minərkən yükü baqaja verib. Yükünü alarkən yoxlamayan sakin evdə çamadanı açanda xoşagəlməz mənzərə ilə üzləşib. Çamadandan şəxsi əşyalar çıxıb. Sakin yük yerində oxşar çamadanlar olduğu üçün dəyişik düşdüyünü istisna etmir. Lakin o eyni zamanda bildirir ki, hazırda əlində olan çamadan öz çamadanıdır. O hava yolları şirkəti ilə əlaqə yaradıb. Araşdırmalar davam edir. Lakin hələlik nəticə yoxdur


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR