​DSMF-nin gəlirləri 8,5 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərində artım tempi 2021-ci ildə də davam edib və bu il DSMF-nin 2021-ci ildə gəlirləri əvvəlki ilə nisbətən 403 mln. manat və ya 8,5 faiz çox olmaqla 5152 mln.manat təşkil edib.

Metbuat.az xəbər verir iki, bu barədə Fondun sədri Himalay Məmişov DSMF-nin 2021-ci il üzrə fəaliyyətinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında məlumat verib.

H.Məmişov bildirib ki, Fondun 2021-ci ildəki gəlirlərinin 3,810 mln. manatını məcburi dövlət sosial sığorta haqları təşkil edib. Bu da əvvəlki illə müqayisədə 7,2 faiz və ya 257 mln. manat çoxdur. 2020-ci ilə nisbətən büdcə təşkilatları üzrə sosial sığorta daxilolmaları 10 mln. manat və ya 0,7 faiz artaraq 1380 mln. manat, qeyri-büdcə təşkilatları üzrə isə 247 mln. manat və ya 11,3 faiz artaraq 2430 mln. manat olub.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda 2021-ci ilə dair müvafiq proqnoza nisbətdə 8,8 faiz və ya 307,5 mln. manat artım qeydə alınıb.

Fond sədri DSMF-nin 2021-ci ildəki xərclərini də diqqətə çatdırıb.

Qeyd olunub ki, Fondun bu ilki xərcləri ötən ilə nisbətən 2,8 faiz və ya 130 mln. manat artaraq 4841 mln. manat təşkil edib. Xərclərin 4716 mln. manatını əhaliyə ödənişlər təşkil edib ki, bu da ötən illə müqayisədə 2,8 faiz və ya 129 mln. manat çoxdur.

Xərclərin 95 faizini əmək pensiyaları, 2 faizini məcburi dövlət sosial sığorta üzrə müavinətlər, 3 faizini isə digər xərclər təşkil edib.

Fondun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 56 xidmət elektronlaşdırılıb, onlardan 42-si proaktiv qaydada həyata keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR