Azərbaycanda plüralizm ən yüksək səviyyədə qorunur -

Demokratik təsisatların inkişaf etdiyi Azərbaycanda da plüralizmin inkişafı daim təmin olunmaqdadır. Təsadüfi deyil ki, ölkədə ideya və baxışları müxtəlif olan kifayət qədər siyasi qruplar, partiyalar, təşkilatlar mövcuddur. Bu isə özündə onu ehtiva edir ki, Azərbaycan demokratiyanın inkişaf yolunda inamla irəliləyir. Bəs Azərbaycanda plüralizm mühiti necə və hansı səviyyədə təmin olunub?

Bu barədə Metbuat.az-a açıqlama verən AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə xatırlatdı ki, Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonrakı dövrdə ölkədə plüralizm mühitinin təmin olunmasını söz azadlığının genişləndirilməsi istiqamətində bir çox addımlar atılmış, bununla bağlı bir çox qanunvericilik aktları qəbul edilmişdir.


“Bildirmək istəyirəm ki, Azərbaycanın Avropa Şurasına üzvlük üçün müraciət etdiyi və üzvlüyə qəbul olunduğu ərəfədə ölkədə senzuranın aradan qaldırılması, bir çox digər qanunvericilikdə dəyişikliklərin edilməsi, söz azadlığının, plüralizmin genişləndirilməsi üçün əməli addımların atılması Azərbaycan dövlətinin bu istiqamətdə gördüyü mühüm işlərdən sayılır. Zaman-zaman dünyada baş verən proseslərə uyğun olaraq, artıq yeni media formalaşmağa başladı. Eyni zamanda, 21-ci əsrdə texnologiyaların sürətli inkişafı Azərbaycanda müvafiq qanunvericilik aktlarına dəyişikliklərin edilməsi zərurətini yaratdı. Azərbaycan Respublikası bu istiqamətdə sənədlərin hazırlanması prosesində belə dünyanın ən qabaqcıl ölkələrin, fəaliyyət göstərən ən mühüm beynəlxalq təşkilatların tövsiyələrini əsas götürür. Xüsusən cəmiyyəti maraqlandıran, onların diqqətini cəlb edən qanunvericilik aktları ictimai müzakirələrə çıxarılır. Geniş ictimai müzakirələr əslində ölkədə plüralist mühitin formalaşması, söz azadlığı ilə bağlı addımların atılmasına da gerçək niyyətləri bir daha ortaya qoyur”.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişafında xüsusi rolu olan media təmsilçiləri də daxil olmaqla, harada yaşamasından, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı siyasi uğurlardan qürur duyurlar. Bununla kifayətlənməyərək, inkişafa, tərəqqiyə öz töhfəsini verməyə çalışırlar. Müsahibimiz bildirdi ki, bir çox ölkələr var ki, orada qanunların qəbul ilə bağlı qərarlar cəmiyyətin müzakirəsinə verilmədən, qapalı bir şəraitdə müzakirə edilib, qərarlar qəbul olunur. Azərbaycanda isə bu istiqamətdə bütün müzakirələr cəmiyyətin müzakirəsi ixtiyarındadır.

“Qeyd edək ki, cəmiyyətin siyasi mövqeyindən, dünyagörüşündən, baxışlarından asılı olmayaraq, hər kəs bu ictimai müzakirələrdə iştirak edə, fikirlərini bildirib, razılaşdığı və razılaşmadığı məqamları ifadə edə bilər. Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan möhkəm qüdrətli bir dövlət olmaqla yanaşı, həm də plüralist cəmiyyətin dəyərlərinin qorunub saxlanılması, insan hüquq və azadlıqlarının daha mükəmməl şəkildə müdafiəsi üçün əməli addımlar atılır. Bunun üçün siyasi iradə mövcuddur və bu gün ölkəmizdə formalaşan şərait təminat verir ki, gələcəkdə Azərbaycan dövləti daha böyük uğurlara nail olsun. Onu da qeyd edək ki, hazırda Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən birinə çevrilib və bütün sahələrdə dünyanın ən qabaqcıl dövlətləri ilə rəqabət apara biləcək səviyyəyə gəlib çatıb”.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR