"Omicron" Azərbaycana da gələcək -

"Hər yeni ştam digər ştamlara nisbətən özünün daha çox sürətli artımı ilə fərqlənir".

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O qeyd edib ki, artıq "omicron" ştamı qonşu ölkələrdə də sürətlə yayılıb:

"Omicron" deltanı sıxışdırır, dominantlıq təşkil edir. Qonşu ölkələrdə bu ştam artıq aşkarlanıb. Təbii ki, bu ştam Azərbaycana da gələcək".

İnfeksionist qeyd edib ki, yeni ştamdan qorunmaq yolları bundan öncəki ştamlara qarşı öyrəndiyimiz qaydalarla eynidir, əlavə qoruyucu üsul icad edilməyib:

"İki il ərzində dediyimiz qaydalara riayət edilməsi - qapalı mühitlərdə az toplaşmaq, maskadan istifadə etmək, qapalı məkanlarda havanı tez- tez dəyişdirmək, vaksinasiya və buster dozanın tətbiqi bu infeksiyadan qorunmağımıza kömək edəcək. Vaksinasiyanın əhalidə formalaşdırdığı süni immunitet xəstələnmə və ağır ölüm hallarını azaldacaq".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR