"Like" edin, “Bakı 2015”-in qalibini seçin

"Like" edin, “Bakı 2015”-in qalibini seçin
11:39 30 May 2015
70 Sosial
Ölkə mətbuatı
A- A+

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin 28 May Respublika Günü münasibətilə elan etdiyi fotomüsabiqənin qalibi iyunun 26-da elan ediləcək. Lent.az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, “Mən Azərbaycanı sevirəm!” (I love Azerbaijan!) adı altında keçirilən müsabiqənin əsas məqsədi ölkəmizin ən maraqlı, ən çox sevilən məkanlarının fotoşəklinin çəkilməsi və paylaşılmasıdır. Təşkilat Komitəsindən qeyd edilib ki, Birinci Avropa Oyunlarının bağlanış mərasiminə iki bilet qazanmaq istəyən hər kəs müsabiqədə iştirak edə bilər.

 

Bunun üçün "#baku2015" yazısı ilə birlikdə Azərbaycanın ən çox sevdiyiniz, istənilən yerində şəkil çəkdirmək lazımdır. Müsabiqə iştirakçısı olmaq üçün həmin şəkli #baku2015, #iloveazerbaijan və #biginbaku həştəqlərindən istifadə edərək, “Twitter” və “Instagram” səhifələrinizdə paylaşmaq kifayətdir. Müsabiqənin ilk mərhələsi iyunun 18-dək davam edəcək. İyunun 18-dən 20-dək “Bakı 2015” Elçiləri 5 ən yaxşı şəkli seçəcəklər.

 
Həmin seçilmiş fotolar iyunun 20-dən 26-dək səsvermə üçün “Bakı 2015” “Facebook” səhifəsində paylaşılacaq.
 

“Bakı 2015” qalibin seçilməsi üçün, bütün “Facebook” izləyicilərini ən maraqlı fotoşəkli bəyənməklə (like) səsvermədə iştirak etməyə dəvət edir. İzləyicilər tərəfindən ən çox bəyənilən fotoşəkil qalib seçiləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/204271

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR