Türkiyədə son sutkada koronavirusdan (COVID-19) 142 nəfər vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca “Twitter”də yazıb.
Məlumata görə, sutka ərzində COVID-19 infeksiyası ilə əlaqədar 366 363 nəfər test edilib, 36 684 nəfərin koronavirus testi pozitiv nəticə verib, virusa yoluxmuş 25 638 nəfər sağalıb.
Qeyd edək ki, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü doxa daxil 130 571 857 peyvənd vurulub. Bunun 91,82 faizi birinci, 83,01 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.