Sabahdan Yeni il tətili başlayır

Yeni il bayramı ilə əlaqədar ölkədə ardıcıl 5 gün iş olmayacaq. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

Metbuat.az xəbər verir ki, gələn il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü olacaq.

Beləliklə, 31 dekabr 2021-ci il, 1, 2, 3, 4 yanvar 2022-ci il tarixləri qeyri-iş günüdür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR