“Alov qüllələri”nin qarşısında PARTLAYIŞ:

Bakıda qaz sızmasından partlayış olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR