“Unibank” qayğıya ehtiyacı olan uşaqlar üçün aksiya keçirir

11:43 30 May 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 30 may, AZƏRTAC
“Unibank” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaq evində qayğıya ehtiyacı olan uşaqları sevindirmək məqsədi ilə ALBALI PLUS (ALBALI) kart sahibləri üçün Ali&Nino kitab mağazası ilə birgə aksiya keçirir.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə mayın 30-31-də Ali&Nino kitab mağazalarında yalnız ALBALI PLUS (ALBALI) kart sahibləri üçün alış-verişə 10 faizlik endirim ediləcək. Bank kampaniya çərçivəsində ALBALI PLUS-la (ALBALI) edilən dövriyyənin bir hissəsini uşaq evinə hədiyyə edəcək. Bu məbləğə kitab, dərs ləvazimatı alınaraq, paytaxtdakı uşaq evlərindən birinə hədiyyə olunacaq.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, unibank.az , albali.az saytlarından, “Albalı Plus” mobil əlavəsindən və yaxud bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Unibank_qaygiya_ehtiyaci_olan_usaqlar_uchun_aksiya_kechirir-859342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR