İlon Mask “bitcoin”in əsl yaradıcısının adını açıqladı

Amerikalı milyarder İlon Mask “bitcoin”i əslində kimin yaratdığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Maskın sözlərinə görə, dünya ictimaiyyətində Satoşi Nakamotonun adı dolaşsa da, əslində məşhur alim Nik Sabo mifik obrazın altında gizlənmiş ola bilər.

“SpaceX” və “Tesla” korporasiyalarının rəhbəri özünü “bitcoin”in yaranmasındakı iştirakı ilə bağlı sualı belə cavablnadırıb:

“Əsl Satoşi Nakamoto mən deyiləm, kompüter elmləri və kriptoqrafiya alimi Nik Sabodur”. Onun sözlərinə görə, Sabo blokçeynin əsas prinsiplərinə bənzəyən ideyalara malikdir. Hətta alim “bitcoin”in “qurucu atası” olmasa belə, onun fəaliyyəti məşhur kriptovalyutanın formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib.

Dilçilər də öz növbəsində amerikalı alimlə “bitcoin” müəllifinin yazı üslublarının oxşarlığını qeyd edirlər. Bundan əlavə, 1998-ci ildə “bitcoin”dən əvvəl olan “bit gold” rəqəmsal valyuta alqoritmini icad edən Sabo idi. Nik özü müasir ödəniş sisteminin hazırlanmasında iştirakı ilə bağlı məlumatları təkzib edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR