Təbii qazdan kütləvi zəhərlənmə

Təbii qazdan kütləvi zəhərlənmə
09:23 19 Yanvar 2015
128 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Ötən gün İranın Kirman şəhərində məktəbdə kütləvi zəhərlənmə baş verib. Bunu Kirman əyalətinin Təcli və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Rza Cəfəri deyib. Bu barədə Trend İranın İRNA agentliyinə istinadən məlumat verir.

R.Cəfərinin sözlərinə görə, 59 məktəbli qazdan zəhərlənib. Hadisə yerinə təcili yardım maşını göndərilib. Ərazidə təcili yardım briqadaları tərəfindən məktəblilərə ilkin tibbi yardım göstərilib və vəziyyətləri nisbətən ağır olanlar xəstəxanaya yerləşdirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR