Zaqatala sakini öz evini yandırıb

Bayram axşamı Zaqatalada 36 yaşlı kişi yaşadığı evi yandırıb. Hadisə dekabrın 31-i saat 23 radələrində rayonun Mosul kəndində baş verib.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, kənd sakini Tərlan Roşan oğlu Gülmmədova məxsus ümumi sahəsi 81 kv/ m olan, kürsülü birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin ( FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

İlkin araşdırma zamanı evin sahibi Tərlan Gülməmmədov tərəfindən qəsdən yandırıldığı məlum olub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR