Türkiyədə dəhşətli qəza, bir ailə bir gecədə yox oldu -

Türkiyənin Aksaray şəhərində ağır yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, gecə saatlarında iki avtomobilin toqquşması nəticəsində 7 nəfər həlak olub.

Belə ki, 60 yaşlı Nuri Bal adlı şəxsin idarə etdiyi Almaniya nömrə nişanlı avtomobil ilə 47 yaşlı İbrahim Ergünün idarə etdiyi maşın toqquşub.

Qəza nəticəsində, Nuri Bal, İbrahim Ergün, onun həyat yoldaşı, üç qızı və 3 yaşında nəvələri dünyasını dəyişib. Qəzadan sonra aparılan araşdırmalar nəticəsində məlum olub ki, Nuri Bal avtomobilini içkili vəziyyətdə idarə edib.

Həmçinin aydın olub ki, Ergün ailəsi Yeni ili qeyd etmək üçün digər qızlarının evinə yollanıb və qəza onlar evə geri qayıdarkən baş verib. Ailədən geriyə isə 1 ay əvvəl qızlardan birinin ad günündə şəkilən foto qalıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR