Xəzərdəki qadağa uzadıldı

Xəzərdəki qadağa uzadıldı
10:52 30 May 2015
28 Digər
Ölkə mətbuatı
A- A+

Xəzəryanı ölkələr nərəkimilərin kommersiya ovuna qoyulmuş qadağanın müddətinin uzadılmasına dair anlaşma əldə ediblər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, müvafiq qərar mayın 29-da Sankt-Peterburqda Xəzər dənizinin su bioresursları Komissiyasının 35-ci iclası çərçivəsində qəbul edilib.

Toplantıda İran, Rusiya, Azərbaycan, Qazaxıstan və Türkmənistan nümayəndələri iştirak ediblər. Qərara əsasən, qadağanın uzadılması 2016-cı ilin sonunadək qüvvədə olacaq. Nərəkimilərin ovu yalnız elmi-araşdırma və süni yetişdirmə məqsədi ilə həyata keçiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/347326.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR