Yunan alim “Omicron” ştamının azalacağı tarixi açıqladı

“Koronavirusun “Omicron” ştamı ilə yoluxma dalğası fevralın 20-dək azalacaq”.

Metbuat.az xəbər verir ki, bunu Aristotel Universitetinin professoru Demosfen Sariyannis “Newsbeast” nəşrinə verdiyi açıqlamasında deyib.

Sariyannisin sözlərinə görə, yeni ştama yoluxmalarda artımlar yanvarın 20-22-dək davam edəcək. Bu zaman həftə ərzində orta göstərici 66 min yoluxma halına çatacaq. Bu isə təcrübədə o deməkdir ki, gün ərzində 80 min və hətta 100 min yolxuma faktının aşkar olunacağı günlər ola bilər. Bununla belə, bu tendensiyanın bir ay sonra, yəni fevralın 20-dək enməsi müşahidə ediləcək.

Yunan alimin fikrincə, “Omicron” ştamı çox güman ki, COVID-19-un son mutasiyasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR