Rusiyada yanğın: 5 nəfər öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır.

Metbuat.az xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqında məlumat şənbə günü səhər saatlarında daxil olub. İlk yanğınsöndürmə və xilasetmə briqadalarının hadisə yerinə çatdığı zaman alov tamamilə evi bürüyüb. Yanğının geniş əraziyə və qonşu binalara keçmə təhlükəsi səbəbindən əraziyə İrkutskdan əlavə qüvvələr cəlb edilib.

Hadisə zamanı evdə 9 nəfər olub, 5 nəfər binadan çıxa bilib. Onlardan biri - evin sahibi xəsarətlər alıb, bir nəfər isə təcili yardım maşınında dünyasını dəyişib.

Yanğın faktıyla bağlı cinayət işi qaldırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR