Ermənistanı 70 min erməni tərk etdi

Ermənistanı hava nəqliyyatı ilə tərk edənlərin yeni statistikası açıqlanıb.

Metbuat.az xəbər verir ki, erməni mediası 2021-ci ilin 11 ayı ərzində “Zvartnots” və “Şirak” aeroportlarından istifadə etməklə ölkəyə 1.055.015 nəfərin gəldiyini, 1.124.460 nəfərin isə tərk etdiyini açıqlayıb.

Beləliklə, 2021-ci ilin 11 ayı ərzində Ermənistandan gedənlər gələnlərdən 69.447 nəfər çox olub.

Qeyd edək ki, bu, yalnız hava nəqliyyatı ilə ölkəni tərk edənlərə aiddir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR