Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az-ın məlumata görə hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes-Benz" və "Hyundai" markalı minik maşınları toqquşub. Qəza zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.