Bu ölkədə parlament binası yanır,

Cənubi Afrika Respublikasının paytaxtı Keyptaun şəhərində yerləşən parlamentin binasında yanğın başlayıb.

Metbuat.az xəbər verir ki, yanğını söndürmək üçün əraziyə əlavə qüvvələr cəlb edilib. Yanğının lokallaşdırılması mümkün deyil.

Şəhərin yanğınsöndürmə və xilasetmə xidmətinin rəhbəri Cermeyn Karels “News24” portalına bildirib ki, yanğın nəticəsində damdakı bitum da əriyir:

“Bu da vəziyyətin ciddiliyindən xəbər verir. Həmçinin binanın bəzi divarlarının çatladığı, uçma ehtimalının olduğu barədə məlumatlar var”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR