Dəhşətli istilər 1800 can aldı - FOTO

Dəhşətli istilər 1800 can aldı - FOTO
10:57 30 May 2015
63 Digər
Ölkə mətbuatı
A- A+

Hindistanda son 60 ilin ən isti, ən bürkülü hava şəraiti davam edir.
Günvurmadan ölənlərin sayı artıq 1800 nəfərə çatıb.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, dünən 100 nəfər istilərin qurbanı olub.

Əhalinin tam əksəriyyəti yoxsulluq səviyyəsindən də aşağı həddə yaşayan Hindistanda kasıblar istidən ölməmək üçün soğan şirəsi içirlər.

4 min kəndə isə insanların susuzluqdan ölməməsi üçün avtosisternlərlə su daşınır. Milyonlarla hektardakı əkinləri və tarlaları istilər nəticəsində yaranmış quraqlıq məhv edib.
Sinoptiklərin dediklərinə görə, bürkülü hava hələ iki gün də davam edəcək.
Hindistanın cənubundakı Tamil-Nadu ştatından şimaldakı Himaçal-Pradeş ştatınadək yüz milyonlarla insan bürküdən əziyyət çəkir.
 

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/photos/347289.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR