Avropada koronavirusa yoluxanların sayı 100 milyonu ötdü

Pandemiyanın başlanğıcından bəri Avropada koronavirusa yoluxma hallarının sayı yüz milyonu ötüb.

Metbuat.az xəbər verir ki, yanvarın 1-i, şənbə günü axşam saatlarına kimi Atlantik okeanı sahillərindən Azərbaycan və Rusiyaya qədər 52 ölkə və regionda 100 074 753 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Bu, 2019-cu ilin sonunda pandemiyanın başlanmasından bəri dünyada qeydə alınan 288 279 803 yoluxmanın üçdə birindən çoxdur.

Təkcə son yeddi gündə Avropa regionlarında 4,9 milyondan çox yoluxma halı aşkarlanıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 59 faiz çoxdur. Həftə ərzində Avropanın 17 ölkəsində maksimum yoluxma qeydə alınıb.

Nəşr bildirib ki, Avropada koronovirusun yaratdığı mənfi təsirdən ölənlərin sayı azalıb. Ötən həftə gündə orta hesabla virusa yoluxan 3 413 pasiyent vəfat edib. Bu da əvvəlki həftədən yeddi faiz aşağıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR